Almaniyanın Ansbah şəhərində güclü partlayış törədilib, terrorçu həlak olub, 12 nəfər ağır yaralanıb.

Partlayış yerli vaxtla 22:00-da Ansbahın mərkəzindəki restoranlardan birində baş verib. Partlayışı törədən şəxsin 27 yaşlı suriyalı qaçqın olduğu məlum olub.

O, əvvəllər iki dəfə intihara cəhd göstərib. Onun terrorçu təşkilatlarla əlaqəsinin olub-olmaması araşdırılır.


Ölkə.Az