Türkiyədə Fətullah Gülənin köməkçisi Halis Hancı  həbs olunub.  

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Halis Hancı Fətullah Gülənin "sağ əli”dir. Onun Türkiyəyə hərbi çevrilişə cəhddən iki gün əvvəl gəldiyi bildirilir.  

Qeyd edək ki, ötən gün Türkiyədə Fətullah Gülənin qardaşı oğlu Məhəmməd Səid də hərbi çevrilişə cəhdlə bağlı aparılan istintaq zamanı Ərzurum vilayətində saxlanılıb.