ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya gəlir
ATƏT-in Minsk qrupunun həmsədrləri sabah Bakıya gələcək. Elmar Məmmədyarov bildirib ki, sabah Bakıya ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov və amerikalı həmsdəri Robert Bradtke səfər edəcək. Nazirin sözlərinə görə, fransalı həmsədr Bernar Fasie bu dəfə Azərbaycana gəlməyəcək. Həmsədrlər Azərbaycan rəsmləri ilə görüşüb, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə dair müzakirələr aparacaq.
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu da həmsədrlərin regiona səfərlərinin olduqca önəmli olduğu vurğulayıb. Onun sözlərinə görə, rəsmi Ankara Dağlıq Qarabağla bağlı danışıqların intensivləşməsini istəyir. Diplomat qeyd edib ki, Türkiyə münaqişənin tezliklə həllinə çalışır. Davudoğlu bir daha vurğulayıb ki, Qarabağ münaqişəsi həll edilmədən Türkiyə Ermənistan sərhəddinin açılması qeyri-mümkündür.
Davudoğlunun Bakı təmaslarında ikitərəfli məsələlərlə yanaşı, İranın nüvə proqramı da müzakirə olunub. Davudoğlunun sözlərinə görə, onun ölkəsi bu problemin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Eyni zamanda nüvə texnologyasindan sülh məqsədləri üçün istifadə olunmasını vacib sayır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50