Türkiyə Fətullah Gülənin ekstradisiya ilə bağlı ABŞ-ın yaradacağı komissiyaya qatılmağa hazırdır.
Bunu TRT-Xəbər televiziyasına açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.
Onun sözlərinə görə, Fətullah Gülənin başqa ölkəyə qaçmasına icazə verilməməlidir. O, Gülənin ekstradisiyasının qısa zaman çərçivəsində tamamlanacağını bildirib. (Axar)