"Ümid edirik ki, Rusiyanın göstərdiyi səylər, Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslərin dinamikasını itirməyəcək".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi mətbuat konfransında deyib. 

O, əlavə edib ki, Türkiyənin Dağlıq Qarabağ məsələsinə qoşulmasını konstruktiv fəaliyyət kimi nəzərdən keçirmək olar:

`Türkiyə rəsmi nümayəndələrinin Dağlıq Qarabağ münaqişəsinin müsbət həlli üzrə əlavə təklifi varsa, bu, heç bir problem yarada bilməz. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə konstruktiv töhfə verə bilər`-deyə o, əlavə edib.

APA