Türkiyədə hökumət daxilindən vacib sirləri çevrilişçilərə ötürən kod adı "Fuat Avni" əməliyyatı ilə bağlı bu gün 9 nəfər həbs edilib.
Mia.az Türkiyə mediasina istinadən bildirir ki, dünən axşam saatlarında İstanbul polisi Ankarada əməliyyat keçirərək, bu kod adlı şəxsə yardım etməkdə suçlanan daha 9 nəfəri saxlayıb.
Xatırladaq ki, bəzi media orqanları "Fuat Avni" kod adı ilə tanınan şəxsin Türkyənin Baş nazirinin məlumat toplama mərkəzinin kəşfiyyat rəisi Akif Mustafa Koçyigit olduğunu iddia edirlər.
Yəqin ki, yaxın saatlarda bu məsələyə aydınlıq gətiriləcək.