Türkiyə kəşfiyyatı (MİT) hərbi çevriliş cəhdinin təfərrüatlarını açıqlayıb.
Türkiyə mediasının xəbərinə görə, MİT hərbi çevrilişin iyulun 16-ı, saat 03:00-a planlaşdırıldığını açıqlayıb.
Ancaq üstünün açılması səbəbindən vaxt qabağa çəkilib: "Hərbi çevriliş planını üstü vaxtında açıldı. Buna görə də qiyamçılar bir neçə saat tez hərəkət etməyə məcbur olublar…".