Türkiyə Daxili İşlər Nazirliyi sistemində ümumilikdə 8 min 777 məmur vəzifədən kənarlaşdırılıb.

Onların arasında 7 899 polis əməkdaşı, 31 vali, 52 müfəttiş, 16 müşavir, 11 genreal, 1 baş müdir müavini və dairə başqanı da var.

Bu arada Ankara Ədliyyə Sarayının qarşısında naməlum şəxs saxlanılan generalların ədliyyə binasına gətirildiyi zaman atəş açıb.

Polis dərhal ərazidə nəqliyyatın hərəkətini dayandırıb və əməliyyata başlayıb. Əməliyyat zamanı atəş açan şəxs öldürülüb.