Çində zəlzələ nəticəsində ölənlərin sayı son məlumatlara görə, 1706 nəfərə çatıb. Qeyd edək ki, ötən gün səhər saatlarına olan məlumatlarda zəlzələ zamanı 11,7 min nəfərin yaralanması və onların min nəfərdən çoxunun vəziyyətinin xüsusilə ağır olması bildirilirdi. Zəlzələ nəticələrinin aradan qaldırılması əməliyyatlarına 50 min nəfər cəlb edilib. Çin hökuməti digər dövlətlərin təklif etdiyi köməkdən imtina edib. Yeralti təkanlar nəticəsində dağılmiş rayonlarla əlaqə yaratmaq çətinləşib. Bu isə xilasetmə işlərində lazım olan ağır texnikanın təbii fəlakət zonasına çatdırılmasına əngəllər yaradır.