Bu gün Rusiya prezidenti Putin Türkiyə prezidenti Ərdoğana telefon açıb.
Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, telefon danışığında iyulun 15-də baş verən çevrilişə cəhd iki prezident arasında müzakirə edilib:
"Putin Ərdoğanla söhbətində şəhidlərə görə bir daha başsağlığı verib və tezliklə ölkədə sabitliyin yaranmasını arzulayıb".
Putin hazırda Türkiyədə olan Rusiya vətəndaşları ilə bağlı narahat olduqlarını da dilə gətirib və onların təhlükəsizliyinin təminatını diqqətdə olmasını istəyib. Ərdoğan Putini əmin edib ki, narahatlıq üçün əsas yoxdur.
Bundan sonra iki prezident avqust ayında görüşməyi qərara alıblar.