Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan yüksəkrütbəli hərbçilərin həbsi davam edir.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyənin Balıkesir vilayətində yerləşən Gizirlərin hazırlıq məktəbinin komandanı general-mayorŞenol Alkış və Jandarma kəşfiyyat rəisi mayor Tamer Akkoyun həbs edilib.
Bundan qabaq isə, Türkiyənin keçmiş Hərbi Hava Qüvvələri komandanı general Akın Öztürk və general Mətin İyidili barəsində də vətənə xəyanət maddəsi ilə cinayət işi başladılıb.
Xatırladaq ki, indiyədək 5 briqada generalı və 1 kontr-admiralın həbs edildiyi xəbəri yayılıb.
Türkiyə mətbuatı bu həbslərin hələ bir müddət davam edəcəyini bildirir.