Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Аkar hərbi çevrilişə cəhd edən bir qrup hərbçinin girovluğundan azad edilib.
Bu barədə "Sabah Daily" məlumat verib.
Məlumata görə, Akar Ankaradan 35 km uzaqlıqda yerləşən Akınçı hərbi bazasında saxlanılıb. Buradan Baş qərargah rəisi təhlükəsiz yerə aparılıb.