Fransanın Nitsa şəhərində törədilən qanlı teraktın əsas icraçısı – yük maşınını insanların üzərinə sürən sürücünün kimliyi məlum olub.

Bu, Tunis əsilli, 31 yaşlı Muhammed Laxuayey Buleldir.

Polis bu gün onun yaşadığı mənzildə axtarış aparıb. Terrorçunun hücumda istifadə etdiyi yük maşınını icarəyə götürdüyü məlum olub. Hadisə zamanı Nitsa şəhərinin polis rəisinin müavini də həyatını itirib.

Polislər maşından daha bir vəsiqə tapıblar. Hələlik bu vəsiqənin kimə məxsus olduğu açıqlanmır.

Qeyd edək ki, qanlı olayla bağlı Fransada üç günlük matəm elan olunub, fövqəladə vəziyyət isə daha 3 ay müddətinə uzadılıb.