Aprelin 14-də Bakı Şəhər İcra Hakimiyyəti önündə icazəsiz etiraz aksiyası keçirən Müsavat Partiyası kütləvi tədbirləri davam etdirmək niyyətindədir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı kütləvi aksiyalar məsələsinin partiyanın gündəmində olduğunu deyib. Onun sözlərinə görə, növbəti dəfə aksiyaların keçirilməsi məsələsi gələn həftə müzakirə olunacaq: ?Gələn həftə həm Müsavat Partiyasının Divanında, həm də rayon təşkilatları ilə müşavirədə məsələni müzakirə edəcəyik. Yəqin ki, qərarları da orada verəcəyik. Mövqiyimiz ondan ibarətdir ki, davamlı olaraq aksiyalar keçirək?.