Bu gündən Azərbaycan Milli Məclisi tətilə çıxır.
Parlamentdən verilən məlumata görə, tətil avqustun 30-a kimi davam edəcək. Deputatlara məzuniyyətdə olduqları zaman iki aylıq vəzifə maaşı məbləğində müavinət ödəniləcək.
Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3 825 manat, sədrin birinci müavini 4 050 manat, sıravi deputatlar isə 3 150 manat müavinət alırlar.
Qeyd edək ki, Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlayacaq.