İranın ali dini lideri Ayətullah Xamnei öz fərmanı ilə Keşikçilər Şurasında (Şurayi Negəhban) yeni 3 üzv təyin olunub.

Mia.az İran mətbuatına istinadən xəbər verir ki, Konstitusiyanın 91-ci maddəsini əsas tutaraq Xamnei öz qərarı ilə Ayətullah Əhməd Cənnəti, hüccətül-islam Seyyid Məhəmməd Rza Müdərris Yəzdi və hüccətül-islam Mehdi Şəbzendedarı Şuraya üzv təyin edib.

Xatırladaq ki, Keşikçilər Şurası İranın mühüm dövlət orqanlarından biridir.

12 nəfərdən ibarət bu qurum İranın Konstitusiya Məhkəməsi funksiyasını yerinə yetirir.

Ə.Rzazadə