?Azadlıq? bloku etiraz aksiyaları keçirməyə qərarlaşdırıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ?Azadlıq? blokuna daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov məlumat verib. AXCP yetkilisinin sözlərinə görə, blok aprelin 25-də aksiya keçirmək niyyətində olmaları ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Blok yetkilisi BŞİH-nin müraciətə cavabından asılı olmayaraq, etiraz aksiyalarını keçirməkdə israrlı olduqlarını bildirib.