Fevral ayında vaxtı keçmiş kreditlərin həcmi yanvarla müqayisədə 27 milyon manat artaraq 358,4 milyon manata çatıb. ?İqtisadi forum? jurnalının Mərkəzi Bankın statistik məlumatları əsasında hesablamalarına görə, yanvar ayında bu göstərici 331,4 milyon manat olub. 2010-cu ilin fevral ayında ölkə iqtisadiyyatına yatırılan cəmi kredit qoyuluşlarının 4,3%-ni vaxtı keçmiş kreditlər təşkil edib. Əvvəlki ayda isə bu tipli kreditlərin payı 3,9% olub. İlin 2 ayı ərzində problemi kreditlər 55 milyon manat artıb və 358,4 milyon manat təşkil edib. Bu göstərici son 10 ildə ən yüksək həddir. Problemli kreditlərin artımı həm milli, həm də xarici valyutada qeydə alınıb. Milli valyutada olan vaxtı ötmüş kreditlər bir ayda 7,6 milyon manat artıb. Xarici valyutada isə vəziyyət daha gərgindir. Artım 19,4 milyon manat olub. Milli valyutanın 4,5%-i, xarici valyutaların isə 4%-i vaxtında qaytarılmayıb.