Türkiyənin xarici işlər naziri Əhməd Davuoğlu Vaşinqtonda ABŞ-ın dövlət katibi ilə görüşdən sonra gözlənilməz açıqlama verib. O, mətbuat nümayəndələrinə bildirib ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması prosesinin davam etdirilməsində qərarlıdır: ?Qərarlılığımızı həm erməni, həm də amerikalı həmsöhbətlərimizə anlatdıq. Bazar ertəsi Azərbaycana gedəcəyəm. İran üçün də diplomatiya məsələsində hələ fürsət pəncərəsinin olması qənaətindəyik. Bir həftəyə İrana da səfər edəcəyəm?. Əhməd Davudoğlu Azərbaycanın Vaşinqtonda keçirilən nüvə təhüləksizliyi sammitinə dəvət olunmamasını ?qaçırılmış fürsət? adlandırıb və Ağ Evi buna görə qınayıb: ?Azərbaycanın burada olmaması böyük çatlşmazlıq idi. Əlimizdən gələn bütün cəhdləri etdik, amma son söz ev sahibi olan ABŞ-ındır. Azərbaycan burada olsaydı, müzakirələrimiz daha çox uğur qazanardı. Bu, qaçırılmış bir fürsətdir?.