?Bakıelektrikzəbəkə? borclu abonentlərə növbəti xəbərdarlıq edib
?Bakıelektrikşəbəkə? ASC abonentlərdən istifadə etdikləri elektrik enerjisinə görə yaranmış borclarını tam şəkildə ödənilməsini xahiş edir. ?Bakıelektrikşəbəkə?dən verilən məlumata görə, ödəniş müddəti keçən, həmçinin ?Bakıelektrikşəbəkə? ASC-nin fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı bu ilin aprel ayının 20-dən saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
Borcunu vaxtında ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcək. Abonentlərin bayram günlərində elektrik enerjisiz qalmaması üçün borclarını dərhal və tam ödəmələri xahiş olunur.
Qeyd edək ki, borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19