Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində Gəncənin "Kəpəz” komandası da səfərdə "Daçiya” ilə oynayıb.
Bakıda keçirilən ilk görüşdə Moldova klubu ilə qolsuz bərabərə qalan Şahin Diniyevin komandası bu oyunda 1:0 hesabı ilə qalib gələrək tarixində ilk dəfə olaraq avrokuboklarda növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, "Kəpəz" ikinci təsnifat mərhələsində Avstriyanın "Admira-Vakker Medlinq" klubu ilə qarşılaşacaq.
***
Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakının "Neftçi” komandası da növbəti oyununa çıxıb.
Öz meydanında Maltanın "Baltsan” klubunu qəbul edən "Neftçi" 1:2 hesabı ilə uduzub. Ancaq səfərdə 0-2 qalib gəldiyindən komandamız növbəti mərhələyə yüksəlib.