Bu gün "Avro-2016”nın növbəti finalçısının müəyyən edən oyun - Fransa və Almaniya milliləri üz-üzə gəliblər.

Mia.az xəbər verir ki, erkən final sayılan qarşılaşmada oyunun 45-ci dəqiqəsində hakimin şübhəli penalti təyinatı ilə fransızlar hesabı açıblar. Qrizman Noyerin qoruduğu qapıdan topu keçirib - 1:0.

Onu da qeyd edək ki, hakim türk əsilli Məsut Özil və Əmrə Can da daxil olmaqla, almanların 4 oyunçusuna da sarı kart göstərib...

72-ci dəqiqədə Qrizman Almaniyanın qapısından ikinci topu da keçirib - 2:0.

Bu qoldan 1 dəqiqə sonra isə Almaniyanın fərqi azaltmaq imkanı olsa da, zərbə dirəkdən dönüb.

Oyun bitdi, Fransa yarımfinalda!

Qeyd edək ki, Fransa finalda Portuqaliya millisi ilə qarşılaşacaq.