Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində  Azərbaycanın "Qəbələ” komandası Gürcüstanın "Samtredia” klubu ilə qarşılaşıb.

Mia.az xəbər verir ki, Qəbələ keçirilən qarşılaşmada 5-1 hesabı ilə qələbə qazanan Azərbaycan komandası Gürcüstanda 2-1 məğlub olsa da, növbəti tura vəsiqə qazanıb.

Qeyd edək ki, "Qəbələ" ikinci təsnifat mərhələsində MTK (Macarıstan) ilə qarşılaşacaq.