Bu gecə "Avro-2016"nın finalında Fransa və Portuqaliya milliləri üz-üzə gəliblər.

Mia.az xəbər verir ki, oyunun 17-ci dəqiqəsində Dmitri Paye ilə mübarizədə dizindən zədə alan Ronaldo həkimlərin müdaxiləsindən sonra yenidən meydana qayıtsa da, sonradan oyunu davam etdirə bilməyib. 31 yaşlı dünya ulduzu 25-ci dəqiqədə meydanı xərəkdə gözyaşları ilə tərk edib. 

Oyunun əsas vaxtında hesab açılmadığından hakim matça 30 dəqiqəlik əlavə vaxt təyin edib. Birinci 15 dəqiqəlik hissədə hesab açılmayıb. 2-ci 15 dəqiqəlik oyunda isə Portuqaliya hesabı açıb. Belə ki, 108-ci dəqiqədə Fransanın "Lill" komandasında oynayan Eder fransızları gözəl zərbəylə cəzalandıraraq, Portuqaliyanın qolunu vurdu - 0:1.

Bununla da tarix yazan Portuqaliya Avropa çempionu oldu