ABŞ Dövlət katibi Con Kerrinin Gürcüstan səfəri başlayıb.
Dövlət katibi səfər çərçivəsində prezidenti Georgi Marqvelaşvili və baş nazir Georgi Kvirikaşvili ilə görüşəcək.
Bundan başqa dövlət katibinin bəzi müxalifət partiyalarının liderləri ilə görüşü də nəzərdə tutulub(Axar.az).
Xatırladaq ki, Kerri iyunun 7-də Gürcüstandan Ukraynaya gedəcək. Ukrayna rəsmiləri ilə danışıqların ardından amerikalı siyasətçi iyulun 8-9-da Varşavada keçiriləcək NATO sammitinə qatılacaq.