Rəsmi Moskva Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun İncirlik hərbi bazasında müştərək fəaliyyət təklifinə münasibət bildirib.

Kreml sözçüsü Dmitri Peskov Moskva ilə Ankara arasında İncirlik bazasının istifadəsi ilə bağlı hər hansı danışıq aparılmadığını deyib:

"Rusiyanın İncirlik bazasından istifadəsi mövzusunda Türkiyə ilə rəsmi danışıqlar olmayıb. Hərbi səlahiyyətlilər arasında danışıqlar olubsa belə, mənim xəbərim yoxdur. Yanılmıramsa, onlar da bu barədə danışmayıb”(Axar.az).

Xatırladaq ki, Çavuşoğlu Rusiyanın İncirlik hərbi bazasından istifadə edəcəyini açıqlayıb.

"İŞİD-ə qarşı hər kəslə əməkdaşlığa hazırıq. İncirlik bazası terror qruplaşmasına qarşı mübarizə aparmaq istəyənlərə açıqdır. Rusiya ilə bu əməkdaşlıq niyə də olmasın? Bu terror təşkilatı hamımızın düşmənidir. Bu mövzuda Sergey Lavrovun da söylədiyi kimi razılıq əldə olunub”, - nazir qeyd edib.