"Prezidentlərin növbəti görüşü ilə bağlı müəyyən tarix olmasa da, ABŞ, Fransa və Rusiya həmsədr dövlətlər kimi, görüşü tez bir zamanda təşkil etmək niyyətindədir”.

Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik növbəti görüşün Fransada keçirilməsi ehtimalı ilə bağlı deyib.

Qeyd edək ki, Fransa tərəfi prezidentlərin növbəti görüşünə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib.

APA