Çinin qərb əyalətlərində baş verən zəlzələdə təxminən 400 nəfər ölüb. Rəsmilər daha 8 min adamın yaralandığını bildirir. 32 nəfər dağıntılar altından çıxarılıb. 6,9 bal gücündə olan zəlzələ yerli vaxtla səhər saatlarında baş verib. Hazırda xilasetmə işləri davam edir.