Bu gün Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədrı Tahir Abbaslı Polşa Respublikasının ölkəmizdəki səfirliyində olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Tahir Abbaslı Polşa Respublikasının prezidenti Lex Kaçinski, onun xanımı Maria Kaçinska və onu müşayiət edən Polşanın hərbi, siyasi və ictimai elita nümayəndələrinin təyyarə qəzasında faciəli surətdə həlak olması ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.