"Türkiyəylə əldə olunan razılaşmanın İsrail iqtisadiyyatına da əzəmətli təsiri olacaq. "Əzəmətli” ifadəsini xüsusi olaraq vurğulayıram”.
Mia.az Strateq.az-a istinadən xəbər verir ki, bu sözləri İsrail Baş naziri Binyamin Netanyahu deyib.
İtalyanın paytaxtı Romada ABŞ xarici işlər naziri Con Kerrilə görüşündən sonra çıxış edən Netanyahu iki ölkə arasında əlaqələrin normallaşması üçün dünən axşam imzalanan razılaşma sazişi barədə sualları cavablandırarkən, bunun əhəmiyyətli bir addım olduğunu bildirib.
Kerri də müqaviləni məmnuniyyətlə qarşıladığını ifadə edərək, "Görmək istədiyimiz bir addım atıldı" deyib.