Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, mayın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz azalaraq 7685 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, əmanətlərin 81,7 faizi xarici, 18,3 faizi isə milli valyutada qoyulub. Əmanətlərin 77,3 faizi özəl banklarda yerləşdirilib.