Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər və onun müavinləri bir neçə gün bundan əvvəl təyyarə qəzası nəticəsində Polşa prezidenti Lex Kaçinski və yüksək dövlət rəsmilərinin həlak olması ilə əlaqədar Polşa xalqına başsağlığı vermək üçün bu ölkənin Bakıdakı səfirliyinə baş çəkiblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, İsa Qəmbər baş vermiş faciə ilə əlaqədar müsavatçıların və bütün Azərbaycan xalqının üzüntüsünü bu ölkənin səfiri, cənab K. Krayevskiyə çatdırmış, Polşa xalqına səbir diləmiş və səfirlikdə açılmış matəm dəftərinə başsağlığı sözləri yazıb.