Böyük Britaniyanın Avropa Birliyindən çıxma qərarına Türkiyədən də reaksiya gəlib.

Mia.az TRT-yə istinadən xəbər verir ki, Türkiyənin Avropa Birliyi üzrə naziri Ömər Çelik deyib ki, bu qərarın nəticəsi təmsil etdiyi ölkəyə təsir etməyəcək, əskinə, bəlkə də yeni yol açacaq: "Bu qərar Türkiyəyə bəlkə də yeni yol açaq. Dəqiq bildiyim odur ki, Türkiyə üçün bundan sonra daha yaxşı olacaq".

Türkiyəli nazir onu da deyib ki, Britaniyanın bu qərarı Avropa Birliyinin gələcəyini də şübhə altına alıb: "Artıq birliyin bu şəkildə davam edəcəyi real görünmür".