Ötən il Azərbaycana gələn əcnəbilərin sayı azalsa da, bu, turist axınına təsir etməyib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, 2009-cu ildə də ölkəyə gələn turistlərin sayında azalma olub. Belə ki, keçən il Azərbaycana gələn turistlərin sayı 3 faiz azalıb: ?Amma bu ilin 3 ayında turistlərin sayı 1,5 faiz artıb. Son iki ildə Azərbaycanda 41 faiz artım var. Dünya Turizm Təşkilatı tərəfindən bu, yaxşı göstərici kimi qeydə alınıb?. Nazir qeyd edib ki, Azərbaycan turizm bazarı açıqdır: ?Biz rəqabətin olmamasına və inhisarçılığı yaranmasına yol vermirik. Bu gün hamı sərmayə qoyub, bu sərmayədən istifadə edə bilər. Hazırda lazımi beynəlxalq standartlara cavab verən obyektlərin yaradılması nəzərdə tutulur. Yerlərin sayı çox olanda qiymətlər azalacaq?.