"Azərbaycan və Ermənistan prezidentlərinin Sank-Peterburq görüşündə əldə olunan müsbət tendensiyanı alqışlayırıq”.
Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Səfir bildirib ki, əldə olunmuş müsbət irəliləyiş ABŞ-ın və Minsk qrupunun digər həmsədrlərinin köməkliyi ilə Vyanada keçirilmiş görüşün davamı kimi xarakterizə olunur: "Minsk qrupunun həmsədri olan ölkələr münaqişə tərəflərini bir araya gətirməyə çalışırlar ki, burada da başlıca məqsəd hərtərəfli sülh sazişinin əldə olunmasına kömək etməkdir”.
Trend