Sosial Müdafiə Fondunun fərdi uçot sistemində 87 ölkədən 8513 əcnəbi vətəndaz uçota alınıb
Bu ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondununun fərdi uçot sistemində əlavə olaraq 498 nəfər əcnəbi vətəndaş uçota alınıb. Fondunun İctimaiyyətlə əlaqələr sektorundan MİA-ya verilən məlumata görə, beləliklə, 2010-cu il aprelin 1-nə olan statistikaya əsasən, fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 8513 nəfərə çatıb. Ümumilikdə 87 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ?ürkiyə vətəndaşları çoxluq təşkil edir- 4784 nəfər.
Rüb ərzində diğər ölkələrdən olan əcnəbilərin sayında da artım müşahidə edilib. Fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1248 nəfərə yüksəlib. Üçüncü yerdə gələn Rusiya Federasiyasınin vətəndaşlarının sayı isə 557 nəfər təşkil edir. Sonrakı yerlərdə İran İslam Respublikası (278 ), Hindistan (232), Bosniya və Hersoqovina (120), Çin Xalq Respublikası (103), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (90), Filippin (84), Ukrayna (77), Pakistan İslam Respublikası (74), Qazaxıstan (65), Malayziya (64), Özbəkistan (63), Almaniya (59), Türkmənistan (51), İtaliya (47), ABŞ (40) və s. ölkələr gəlir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19