Amerikalı senator Con Makkeyn ABŞ-ın Suriyadakı səhvlərindən danışıb.
Makkeyn Rusiyanın Yaxın Şərqdə bu səhvlərin köməkliyi ilə möhkəmlənə bildiyini etiraf edib:
"Suriyada Rusiyaya məxsus qüvvələr ABŞ tərəfdarlarını bombalayır. Görürük ki, ABŞ-ın xəbərdarlıqları heç bir işə yaramır. Ümidvaram ki, Cenevrə görüşündə Suriyadakı müharibəni dayandırmaq istiqamətində bir uğur əldə olunacaq”.
Makkeyn baş verənlərdə daha çox Prezident Barak Obamanın günahkar olduğunu açıqlayıb:
"Prezident inanırdı ki, əgər ABŞ münaqişədən uzaqlaşarsa, münaqişə yox olacaq. Bu isə belə deyil. O, yanılırdı. Bizə ilk gündən məlum idi ki, Rusiya İŞİD-i deyil, müxalifəti bombalayır. Vaxtında tədbir görmək lazım idi”.
Axar.az