"Avro-2016"da qrup mərhələsinin III turunun bu gün D qrupunda da iki oyun keçirilib.

Mia.az xəbər verir ki, Türkiyə millisi Çexiya ilə üz-üzə gəlib. "Ay ulduzlular" 1/8 finala çıxmaq şanslarını saxlamaq üçün bu görüşdən mütləq qalib ayrılmalı idi. Və möhtəşəm oyunla bunu da bacardılar.

10-cu dəqiqədə Burak Yılmaz, 65-ci dəqiqədə isə Ozan Tufanın qolları ilə oyun 2-0 hesabı ilə türklərin xeyrinə başa çatdı. Bu qələbədən sonra Türkiyə milliləri digər qruplardakı 3-cü yeri tutan komandaların nəticələrindən aslı olaraq növbəti mərhələyə çıxmaq üçün ciddi şans yaxaladı.

Qrupun digər görüşündə Xorvatiya son Avropa çempionu İspaniya ilə qarşılaşıb. Oyunda xorvatlar qalib gəlib - 2:1.

NKomandalarOQHMT-FX
1

Xorvatiya
32105-37
2İspaniya32115-26
3Türkiyə31022-43
4Çexiya30122-51