Avro-2016”da qrup mərhələsinin F qrupunda bu gün İslandiya millisi Macarıstanla qarşılaşıb.
Mia.az xəbər verir ki, oyunda hesabı islandlar açıblar.
Siqordsson 39-cu dəqiqədə penaltidən qolu vurub. Oyunun 88-ci dəqiqəsində isə Macarıstan milliləri məğlubiyyətdən yaxa qurtaran qola imza atıblar. Daha dəqiqi, island oyunçu Saevarsson öz qapısına qol vurub. Bu, hələki çempionatda ilk avtoqol olaraq yadda qalıb - 1:1.
Onu da qeyd edək ki, qrupun digər oyunu Portuqaliya ilə Avstriya arasında olacaq.
Növbəti, son turda isə İslandlar Avstriya ilə, macarlar da Portuqliya ilə üz-üzə gələcəklər.
| N | Komandalar | O | Q | H | M | T-F | X |
| 1 | Macarıstan | 2 | 1 | 1 | 0 | 3-1 | 4 |
| 2 | İslandiya | 2 | 0 | 2 | 0 | 2-2 | 2 |
| 3 | Portuqaliya | 1 | 0 | 1 | 0 | 1-1 | 1 |
| 4 | Avstriya | 1 | 0 | 0 | 1 | 0-2 | 0 |