Bu gün "Avro-2016”nın E qrupunda Belçika ilə İrlandiya milliləri üz-üzə gəliblər.
Mia.az xəbər verir ki, Türkiyəli hakim Cüneyt Çakırın idarə etdiyi oyunda belçikalılar gözlənildiyi kimi qələbə qazanaraq, 1/8 finala çıxmaq yolunda önəmli avantaj əldə ediblər: - 3:0.
Qollardan ikisinə Romelu Lukaku 48 və 70-ci dəqiqələrdə imza atıb. Digər qolu isə 61-ci dəqiqədə Axsel Vitsel vurub. Bu qələbə belçikalılara növbəti mərələyə yüksəlmək üçün əla fürsət yaradıb. Əgər onlar İsveçlə oyundan 1 xalla dönrsə, adları finala birbaşa yazılacaq.
Qeyd edək ki, artıq bu qrupdan İtaliya millisi 1/8 finala yüksəlib:
| N | Komandalar | O | Q | H | M | T-F | X |
| 1 | İtaliya | 2 | 2 | 0 | 0 | 3-0 | 6 |
| 2 | Belçika | 2 | 1 | 0 | 1 | 3-2 | 3 |
| 3 | İsveç | 2 | 0 | 1 | 1 | 1-2 | 1 |
| 4 | İrlandiya | 2 | 0 | 1 | 1 | 1-4 | 1 |