Ötən axşam "Avro-2016"da 1/8 final mərhələsində İngiltərə - İslandiya milliləri qarşılaşıb.

Mia.az xəbər verir ki, oyunun 4-cü dəqiqəsində İngiltərə oyunçusu Ueyn Runi hesabı açıb. Ancaq bu qoldan 2 dəqiqə sonra Raqnar Siqurdsson bәrabәrlik qolunu vurub - 1:1. 

18-ci dəqiqədə Kolbein Siqthorsson 2-ci qolu vurur. Bununla da oyun 2:1 İslandiyanın qələbəsiylə başa çatıb. 

İngilislər bununla da növbəti dəfə uğursuzluq zolağından çıxa bilməyiblər. İslandlar isə tarixlərində ilk dəfə 1/4 finala çıxıblar.