"Avro-2016"da D
qrupunun ilk görüşündə Xorvatiya yığmasına məğlub olan Türkiyə yığması bu gün
İspaniya milliləri ilə oyundan da "əliboş" qayıdıb.
Mia.az xəbər verir ki, İspaniya milliləri Fateh Terimin
komandasına 3 cavabsız top vurublar. Qolların ikisinə 34 və 48-ci
dəqiqələrdə Morata imza atıb. Digərini isə 37-ci dəqiqədə Nolito
vurub - 3:0.
Oyunda diqqətçəkən maraqlı
məqamlardan biri də türk azarkeşlərin "Barselona" forması
geyinən Arda Turanı kütləvi şəkildə fitə basmaları olub. Buna etiraz edən
futbolçu hətta bir neçə dəfə oyunda topu ayağında saxlayaraq oynamaq istəməyib.
Maraqlıdır ki, hər belə hadisə yaşandıqca, ispan azarkeşlər Ardaya dəstək
olub, "Arda Turan" deyə sloqanlar atıblar.
Onu da bildirək ki, ispanlar bu
qalibiyyətlə adlarını 1/8 finala yazdırıblar. Türkiyə isə turnirin hələki ən
pis komandası kimi tarix yazır.
|
N |
Komandalar |
O |
Q |
H |
M |
T-F |
X |
|
1 |
İspaniya |
2 |
2 |
0 |
0 |
4-0 |
6 |
|
2 |
Xorvatiya |
2 |
1 |
1 |
0 |
3-2 |
4 |
|
3 |
Çexiya |
2 |
0 |
1 |
1 |
2-3 |
1 |
|
4 |
Türkiyə |
2 |
0 |
0 |
2 |
0-4 |
0 |