Bu gün "Avro-2016"da 1/8 final mərhələsində meydana İtaliya ilə İspaniya milliləri çıxıblar.

Mia.az xəbər verir ki, Türkiyəli hakim Cüneyt Çakırın idarə etdiyi oyunda hesabı italyanlar açıblar. 33-cü dəqiqədə Çellini qolu vurub. Oyuna əlavə edilmiş 1-ci dəqiqədə isə İtaliya ikinci qolu da ispanların qapısına vuraraq, 1/4 finala vəsiqəni təmin ediblər - 2:0.

Günün digər qarşılaşması isə İngiltərə və İslandiya yığmaları arasında olacaq. Oyun Bakı Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.