Sabah 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan parlamentinə təkrar seçkilər keçiriləcək.

Mia.az MSK-ya istinadən xəbər verir ki,  səsvermə sabah saat 08:00-da başlayacaq və 19:00-da başa çatacaq.

Xatırladaq ki, adıçəkilən dairə üzrə 7 namizəd qeydə alınıb. Ancaq yarışın əsasən hakim Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri olan namizəd Cavid Osmanovla Ümid Partiyasının sədri İqbal Ağazadənin arasında keçəcəyi gözlənilir.