Ermənistanın maliyyə naziri Qaqik Xaçatryan ötən gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.
Məlumata əsasən Xaçatryan Qarabağda qondarma "prezident” Bako Saakyanla görüşüb.
Görüş zamanı tərəflər iqtisadi məsələləri müzakirə ediblər.