Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Həsrət Rüstəmov Norveç Krallığından Azərbaycana gəlmiş tələbə jurnalistləri ? Stale Lidesheimi və Niklas Uildhageni qəbul edib. ADP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə zaxil olan məlumata görə, H.Rüstəmov jurnalistlərə ölkədəki siyasi vəziyyət, bu il keçirilməsi planlaşdırılan parlament seçkiləri, demokratiya və insan hüquqlarının durumu, habelə partiyanın tarixi və digər məsələlərlə bağlı müsahibə verib. Daha sonra qonaqlar partiyanın mərkəzi qərargahı ilə tanış olublar və onların suallarını həmçinin Ali Məclisin sədri Vaqif Şirinov və partiya sədrinin müavinləri Taliyyət Əliyev və Nurəddin İsmayılov cavablandırıblar. Qeyd edək ki, jurnalistlərin bu səfəri Norveç hökumətinin maliyyələşdirdiyi bir layihə çərçivəsində həyata keçirilir və topladıqları məlumatlar bu ölkənin bir neçə mətbuat vasitəsində dərc olunacaq.