Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Arçil Xabadzenin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvanda səfərdədir.
Mia.az Azinforum.az-a istinadən xəbər verir ki, qonaqların Naxçıvanın gəzməli yerləri, istehsal, təhsil və mədəniyyət müəssisələri ilə tanış olacağı, bir sıra rəsmi görüşlər keçirəcəkləri gözlənilir.
Məlumatda o da qeyd olunur ki, bu iki Muxtar Respublika arasında sıx dostluq münasibətləri mövcuddur.
Xatırladaq ki, 2014-cü ilin iyulun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Gürcüstanın Acarıstan Hökuməti sədrinin dəvəti ilə Batumiyə səfər edib