"Mənim uzun müddətli yazışmalar, izah etmələrimin əsasında İnterpol rəhbərliyi düzgün qərar qəbul edib”.

Bu sözləri Milli Məclisin keçmiş sədri Rəsul Quliyev İnterpolun axtarış siyahısından adının çıxarılması ilə bağlı məlumata münasibət bildirirəkən deyib.

R. Quliyev bildirib ki, bu qərarın əlavə bir şəhrə ehtiyacı yoxdur: "Bu, baş verə biləcəklərin startıdır”(Strateq.az).

Qeyd edək ki, 1998-ci ildən barəsində axtarış elan olunan R.Quliyevin adı iyunun 9-dan etibarən, İnterpolun həm baş, həm də Baki ofisinin rəsmi web-səhifələrindən çıxarılıb.