Polşa Gürcüstandan "Anakonda–16" hərbi təlimlərində iştirak etməməsinin rəsmi səbəbini tələb edib.
"Biz Gürcüstana Anakonda–16 hərbi təlimlərində iştirakı üçün dəvət yollamışdıq. Gürcüstan təlimlərə gəlməyib. Bunun səbəbini öyrənmək hüququmuzdur”, – Polşa silahlı qüvvələrinin operativ komandanlığının mətbuat katibi Pyotr Valatek deyib.
Xatırladaq ki, Anakonda–16 hərbi təlimlərində NATO ölkələri və ABŞ daxil olmaqla 24 ölkədən 31 min hərbçi iştirak edir(Axar.az).