"Qərbin ən böyük səhvi Gürcüstanı 2008-ci ildə NATO sıralarına qəbul etməməsi oldu".

Bunu jurnalistlərə açıqlamasında ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Eliot Endjel söyləyib.

Onun sözlərinə görə, əgər Tiflis o zaman NATO-ya qəbul edilsəydi, Putinin planları indi tam fərqli olardı:

"ABŞ Gürcüstanın ərazi bütövlüyünü tanıyır. Biz Abxaziya və Sxinvali regionunun işğalını qınayırıq. Gürcüstan bundan sonra da NATO-ya üzv olmaq istiqamətində addımlamalıdır”.

Axar.az